Avropa çempionu olan qapıçı B Seriyasında
- 24 Avq 2024 18:00
- 187
İtaliya millisinin heyətində AÇ-2020-nin qalibi olan qapıçı Salvatore Siriqunun yeni komandası bəlli olub.
Rekord.az xəbər verir ki, 37 yaşlı qolkiper ölkəsinin B Seriyası klublarından "Palermo" ilə müqavilə bağlayıb.
O, mövsümün sonuna qədər "çəhrayı-qaralar"ın şərəfini qoruyacaq.
Siriqu son olaraq Türkiyədə "Karagümrük" kollektivinin formasını geyinib.