Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib
- 15 Apr 2024 16:32
- 321
Avropa Cüdo Birliyi (EJU) Azərbaycan millisinin Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokundakı nəticəsinə münasibət bildirib.
Rekord.az xəbər verir ki, EJU yarışda komanda hesabında birinci yeri tutan yeniyetmə oğlanlardan ibarət yığmanın çıxışını yüksək qiymətləndirib.
“Azərbaycan Fransanı qabaqladı” başlığı ilə EJU-nun rəsmi saytında dərc edilən məqalədə cüdoçularımızın gümüş medal sayına görə Fransadan güclü olduqları yazılıb. Çünki qızıl medal sayında bərabərlik olub.
Avropa Cüdo Birliyi Azərbaycan millisindən mayda Göygöldə təşkil ediləcək yeniyetmələrin Avropa Kubokunda eyni uğuru gözlədiyini bildirib. Komanda bundan əvvəl, aprelin 27-28-də Gürcüstanın Telavi şəhərində keçiriləcək yeniyetmələrin Avropa Kubokunda mübarizə aparacaq. Yığma hazırda Berlində üç günlük təlim-məşq toplanışındadır.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Kubokunda 4 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb.