
Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək
- 25 Apr 2025 19:30
- 35
Polşanın Radom şəhərində keçiriləcək Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək.
Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.
“Nage-no-kata” üzrə İsmayıl Rzayevlə Natiq Qurbanlı tori (hücum edən idmançı), Samir İsmayılovla Elçin Mayılov uke (hücum edilən idmançı) üzrə yarışacaq.
"Katame-no-kata"da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) fəndlər nümayiş etdirəcək.
Aprelin 26-da srtartı veriləcək turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) mübarizə aparacaq.