Avropa kubokuna 7 cüdoçu ilə
- 25 May 2023 21:01
- 363
27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Rekord.az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.
-50 kq
Bahadır Feyzullayev
Nihad Məmişov
-55 kq
Həsən Həsənli
Murad Fətullayev
-60 kq
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə