Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa kubokunun ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. 

Rekord.az xəbər verir ki, turnirin ilk günü 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub. 

Qızlar 

-40 kq
Nigar Məmişova qızıl medal 
Xədicə Abdullayeva bürünc medal 
Gülşən Hüseynova bürünc medal 

-44 kq
Aytac Yoçuzadə gümüş medal

-48 kq
Vüsalə Hacıyeva qızıl medal

-52 kq
Xədicə Qədəşova gümüş medal

Oğlanlar

-50 kq
Nihad Məmişov qızıl medal 
Məhəmməd Məmişov gümüş medal

-55 kq
Mirxaliq İskəndərov qızıl medal 
Fərid Qarayev gümüş medal 
Ayxan Mirzəzadə bürünc medal 
Murad Fətullayev bürünc medal

-60 kq
Məhəmməd Musayev qızıl medal 
Xanəhməd Şərifov bürünc medal

-66 kq
Cəsur İbadlı qızıl medal 
Mehdi Cəfərov gümüş medal