Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma sablya növü üzrə 9-16-cı yerlər uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Ayxan Xasiyevdən ibarət komanda rəqibinə 31:45 hesabı ilə məğlub olub. Sablyaçılar 13-16-cı yerlər uğrunda yarışacaqlar.

Azərbaycan millisi 1/8 finalda bu gün Macarıstana 25:45 hesabı ilə uduzub.