Avropa Oyunları: Azərbaycan millisi İtaliyaya uduzdu
- 30 İyn 2023 17:00
- 261
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən 3-cü Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib.
Rekord.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 1/8 finalda İtaliya yığmasına uduzub - 42:45.
Azərbaycan millisi 5-8-ci yer uğrunda mübarizə aparacaq.
5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqibimiz Yunanıstan olacaq.