Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında 6-cı yeri tutub.

Rekord.az xəbər verir ki, milli komandanın lideri üzgüçülük, velosiped sürmə və qaçış yarışlarında mübarizə aparıb.

36 yaşlı idmançı 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 nəfər arasında finişə 6-cı çatıb. Pevtsov birinci yerdən cəmi 8 saniyə geri qalıb.

Yarışın qalibi norveçli Torn Vetle Berqsvik olub. O, 1 saat 46 dəqiqə 50 saniyəlik göstəriciyə imza atıb.