Avropa Oyunları: Azərbaycanın badminton tandemləri növbəti dəfə məğlub oldular
- 27 İyn 2023 23:20
- 282
Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişi badmintonçuların qoşa yarışında G qrupunda ikinci görüşünü keçirib.
Rekord.az xəbər verir ki, təmsilçilərimiz İtaliya badmintonçuları Covanni Qreko - David Salutt qoşasına 1:2 (17-21, 21-17, 17-21) hesabı ilə məğlub olub.
Keyşa Fatimə Zəhra - Era Maftuha tandemi isə qadın badmintonçuların qoşa yarışında D qrupunda ikinci görüşünü keçirib.
Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora - Çeril Seinen qoşasına 0:2 (10 -21, 12 -21) hesabı ilə məğlub olub.