Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda Norveçdən olan Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Final qarşılaşması iyulun 2-də olacaq.