Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, o, bu gün qadınların şəxsi yarışında D qrupunda son görüşünü keçirib.

Son turda qrup liderliyi uğrunda Almaniya təmsilçisi Li Yvonne ilə qarşılaşan Fatimə Zəhra gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə təcrübəli rəqibi üzərində qələbə qazanmağı bacarıb. 3 set davam qarşılaşma Keişa Fatimə Zəhranın 2:1 (17-21, 21-18,21-17) hesablı qələbəsi ilə başa çatıb.

Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.