Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurdu
- 27 İyn 2023 20:15
- 279
Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, o, 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.
Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.