Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma sablya növü üzrə 13-16-cı yerlər uğrunda görüşdə Yunanıstan seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda gərgin keçən oyunda 45:43 hesablı qələbə qazanıb.

Yığma 13-cü yer uğrunda matça vəsiqə əldə edib.