Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Avropa Oyunlarında Azərbaycanın üçüncü qızıl medalıdır. Daha əvvəl karateçilər İrina Zaretska və Tural Ağalarzadə də hamıdan güclü olmuşdular.