Avropanın daha bir ölkəsində çempionat bərpa olunur
- 01 May 2020 15:22
- 680
Koronavirus pandemiyasına görə dayandırılan Portuqaliya çempionatı davam etdiriləcək.
Rekord.az "A Bola"ya istinadən xəbər verir ki, Premyer Liqa və aşağı liqaların mayın 30 və ya 31-də bərpa olunacağı gözlənilir.
Bununla bağlı yaxın saatlarda ölkənin baş naziri Antonio Kostanın açıqlama verəcəyi bildirilib. Çempionatın təşkilatçılarının Səhiyyə Nazirliyindən razılıq aldığı qeyd olunub.
Oyunlar azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, Portuqaliya çempionatı 24-cü turda dayandırılıb.