Avstriya millisinin üzvü A Seriyasında
- 05 Fev 2020 19:41
- 738
Futbol üzrə Avstriya millisinin üzvü Sebastyan Prödlün yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Udineze” klubuna keçib.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı futbolçu ilə müqavilə 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
Avstriya millisində 73 oyun keçirmiş Prödlün son klubu İngiltərə “Uotford”u olub. Avstriyanın “Şturm Qraz” klubunun yetirməsi olan müdafiəçi daha çox “Verder”dəki oyunu ilə məşhurlaşıb.