İngiltərənin “Everton” klubunun “Tottenhem”lə oyununda (1:1) ayağı sınan futbolçusu Andre Qomeş əməliyyat olunub.

Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Bu barədə “Everton”un mətbuat xidməti məlumat yayıb.

Məlumatda futbolçunun tam sağala biləcəyi qeyd olunub. Qomeş təxminən 9 ay sonra yaşıl meydanlara geri dönə bilər.