Antalya toplanışında zədələnən "Keşlə"nin futbolçusu Ruslan Qurbanovun durumuna aydınlıq gəlib.

Rekord.az-ın əldə etdiyi məlumata görə futbolçunun ayağında güclü burxulma olub və həmin hissəyə su yığılıb.

Qurbanov bu səbəbdən rahat qaça bilmir. Onun ən azı 10 günlük müalicəyə ehtiyacı var. Ayağındakı su çəkilməli və burxulan hissə tam bərpa olmalıdır. Bu isə o deməkdir ki Qurbanov "Qəbələ" ilə matçı buraxacaq.