Niderlandın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri komadan ayılıb.

Rekord.az xəbər verir ki, o, 2 il 9 ay idi komada idi. Lakin ötən gün Niderland mətbuatına açıqlama verən gənc futbolçunun qardaşı Nurinin tədricən özünə gəldiyini deyib:

“Artıq komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir” – deyə o qeyd edib.

2017-ci ilin iyul ayında “Verder”lə yoxlama oyununda Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.