“Ayaks”ın futbolçusu ABŞ klubu ilə razılığa gəldi
- 18 Fev 2020 12:20
- 677
“Ayaks” yayda daha bir futbolçusu ilə vidalaşacaq.
Rekord.az xəbər verir ki, bir neçə gün öncə Hakim Ziyexi İngiltərənin “Çelsi” klubuna satdığını açıqlayan Niderland nəhəngi, onunla yanaşı, Sim de Yonqla da yollarını ayıracaq.
Məsələ burasındadı ki, yarımmüdafiəçi klubla mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyib. 31 yaşlı futbolçunun yeni anlaşma imzalamamasının səbəbi onun MLS təmsilçisi “Çinçinatti” ilə razılığa gəlməsidi. “De Telegraaf” nəşrinin iddiasına görə, De Yonq 2020-ci ilin iyun ayında “Ayaks”la müqaviləsi bitən kimi ABŞ-a yollanacaq və azad agent kimi “Çinçinatti”yə keçəcək. O, artıq yeni klubu ilə bütün məsələlərdə razılığa gəlib.
Qeyd edək ki, Hollandiya yığmasında da oynamış Sim de Yonq “Ayaks”ın öz yetirməsidi. Hücumameylli yarımmüdafiəçi olan təcrübəli futbolçu karyerası ərzində qısa müddət “Nyukasl”, PSV və “Sidney” kimi klubların da uğurları üçün çalışıb.