“Ayaks”la “Başakşəhər” uduzdu, “Arsenal”la “İnter” qalib gəldi
- 21 Fev 2020 01:59
- 793
Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” doğma azarkeşləri qarşısında “Espanyol”u qəbul edib və darmadağına sevinib. Avropa Liqası üçün sifariş olunan Renatın bu oyunda iştirak edəcəyi gözlənilsə də, o, “18-lik”də yer almayıb.
Türkiyənin “Başakşəhər” klubu bu mərhələdə Portuqaliya “Sportinq”iylə qarşılaşıb və məğlub olub.
İngiltərənin “Mançester Yunayted” klubu “Brügge” ilə heç-heçəyə razılaşıbsa, Londonun “Arsenal”ı “Olimpiakos”un qonağı olub və minimal hesablı qələbəyə sevinib.
Qeyd edək ki, 1/16 finalın cavab görüşləri fevralın 27-də keçiriləcək.
Avropa Liqası
1/16 finalın ilk oyunları
20 fevral
ÇFR (Rumıniya) – Sevilya (İspaniya) 1:1
Qol: Deaç, 59-pen – En Nesiri, 82.
Brügge (Belçika) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol: Dennis, 15 – Marsyal, 36.
Ayntraxt (Frankfurt, Almaniya) – Zalsburq (Avstriya) 4:1
Qol: Kamada, 12; 43; 53. Kostiç, 56 – Huanq, 85-pen.
Kopenhagen (Danimarka) – Seltik (Şotlandiya) 1:1
Qol: Ndoye, 52 – Eduard, 14.
Xetafe (İspaniya) – Ayaks (Niderland) 2:0
Qol: Deyverson, 38. Kenedi, 90+3.
Ludoqorets (Bolqarıstan) – İnter (Milan) 0:2
Qol: Eriksen, 71. Lukaku, 90+4-pen.
Şaxtyor (Donetsk, Ukrayna) – Benfika (Portuqaliya) 2:1
Qol: Patrik, 56. Kovalenko, 72 – Pitsi, 67-pen.
Sportinq (Portuqaliya) – Başakşəhər (Türkiyə) 3:1
Qol: Koates, 3. Sporar, 44. Vietto, 51 – Vişça, 77-pen.
APOEL (Kipr) – Bazel (İsveçrə) 0:3
Qol: Petretta, 16. Stokker, 53. Artur, 66.
Roma (İtaliya) – Gent (Belçika) 1:0
Qol: K.Peres, 13.
Alkmaar (Niderland) – LASK (Avstriya) 1:1
Qol: Kopmeyners, 86-pen – Raquz, 26.
Bayer (Almaniya) – Portu (Portuqaliya) 2:1
Qol: Alario, 29. Haverts, 57-pen – L.Dias, 73.
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə) 0:1
Qol: Lakazette, 81.
Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya) 3:2
Qol: Haci, 67; 82. Aribo, 75 – Fransercio, 11. Ruis, 59.
Volfsburq (Almaniya) – Malmö (İsveç) 2:1
Qol: Brekalo, 49. Mehmedi, 62 – Telin, 47-pen.
Vulverhempton (İngiltərə) – Espanyol (İspaniya) 4:0
Qol: Jota, 15; 67; 81. Neves, 52.