Ayaz oynamadı, “Spartak” yenə xal itirdi
- 20 Okt 2019 16:47
- 775
Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rubin”lə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Spartak” 13 turdan sonra 15 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.