Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krılya Sovetov”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Spartak” 16 turdan sonra 21 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.