Ayxan Abbasov mövsümün sonunda "Sumqayıt"dan ayrıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, onunla klubla müqaviləsi məhz mövsümün sonunda başa çatır.

Artıq indidən ona təkliflər gəlir. Bizə daxil olan məlumata görə "Qəbələ" və "Neftçi" artıq Abbasovun adını öz namizədləri siyahısında başda yazıb. Bundan başqa "Sumqayıt"ın strategiyası da məşqçilər üçün ciddi maneələr yaradır. Legionersiz və yalnız yerli futbolçularla ciddi ugur qazanmaq mümkün deyil.