Ayxan Abbasovun səbr kasası daşıb
- 17 Fev 2020 17:00
- 1228
"Sumqayıt"ın durumu baş məşqçi Ayxan Abbasovun səbr kasasını daşdırıb. Gənc məşqçi iddialıdır, nələrsə etmək istəyir və bunun üçün maksimum güc sərf edir. Di gəl ki, klubun strategiyası onun bütün planlarını alt-üst edir. Komanda yaxşı hazırlıq keçir, 1-2 oyun uğurlu nəticə qazanaraq yuxarı pillələrdə möhkləmlənmək şansı qazanır. Lakin sonradan bu uğurların ardı gəlmir, komanda yenə büdrəyir və vacib xallar itirir. Bu isə komandanın avrokubok xəyallarını növbəti dəfə suya endirə bilər. Davamlı uğur üçün normal maliyyə, güclü heyət, uzun ehtiyat skamya və legioner lazımdır. Bunların heç biri isə "Sumqayıt"da yoxdur. Elə Samir Abasovu doğma şəhərindən qaçaq salan da bu oldu. İndi Ayxan Abbasov da bu təhlükəni hiss edir. Görür ki mövsümün sonunda bütün zəhməti hədər gedəcək.
Rekord.az-a daxil olan məlumata görə, "Sabah"a son məğlubiyyətdən sonra Abbasovun da səbr kasası daşıb.
Komanda "Zirə"ni məğlub edib 4-cü pilləyə yüksəlir və evdə "Sabah"ı da məğlub edib 2-ci pilləyə yaxınlaşmaq, avrokuboklara doğru inamı addım atmaq şansı olsa da məhz yuxarıda sadalananb problemlər buna imkan vermir, komanda uduzaraq yenidən 4-cü pilləni itirməkl təhlükəsi ilə üz-üzə qalır. Yəqin ki "Sumqayıt" bu mövsüm də avrokuboklardan kənar qalsa, Ayxan Abbasov da tutduğu postdan istefa verib gedəcək.