Azarkeşlər arasında dava düşdü, 17 nəfər öldü
- 06 Mar 2022 15:00
- 593
Futbol üzrə Meksika çempionatının 9-cu turunun “Keretaro” – “Atlas” oyunu zamanı kütləvi dava yaşanıb.
Rekord.az xəbər verir ki, hadisə matçın ikinci hissəsində, “Atlas”ın 1:0 hesabı ilə öndə olduğu vaxt baş verib.
Dava nəticəsində 22 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan 17 nəfər vəfat edib.
İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb. Çempionat rəhbərliyi 9-cu turun qalan oyunlarının təxirə salınmasına qərar verib.