Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi" doğma meydanda "Səbail"i qəbul edir.

Rekord.az xəbr verir ki,  "Forza Neftçi" azarkeş qrupunun daim yer aldığı tribuna boşdur.

Düzdür, müəyyən fanatlar tribunada yer alıblar, ancaq komandanın ən böyük azarkeş qrupunun nə "Forza Neftçi" yazısı tribunadan asılıb, nə də dəstək şuarları var.

Təbii ki, son günlər başverənləri nəzərə alsaq ilk ağıla gələn boykot qərarı olur.

Yoxluğun əsl səbəbini bilmək üçün azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq.

Əliyev tribunada yer almadıqlarını təsdiqləsə də, səbəblər barədə danışmaq istəmədiyini bildirdi. (sportinfo.az)