AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Zaqatala” – “Baku Sporting” oyununun 17-ci dəqiqəsində “Baku Sporting” klubunun 1 nömrəli oyunçusu Cəfər Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sporting” klubu 100 manat cərimə edilib.


“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.


“Karvan” – “İmişli” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilib.


“Karvan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.


“Karvan” – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilib.


“Qəbələ” – “Difai” oyununda “Difai” komandasında 5 futbolçu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilib.