Azər Bağırov darmadağını şərh etdi
- 08 Dek 2024 18:50
- 182
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm.
Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.
Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır”.