"Sumqayıt"a 0:3-lük məğlubiyyətdən sonra "Kəpəz" və onun baş məşqçisi Azər Bağırov haqda müəyyən məlumatlar yayıldı.

Rekord.az xəbər verir ki, həmin məlumatlarda komandanın yeni sponsoru olacaq şəxslərin baş məşqçinin  işinə müdaxilə etməsi öz əksini tapırdı.

Baş məşqçi də "daxildə problem var"dedikdə bunu nəzərdə tuturmuş. Məsələ ilə bağlı Bağırovun fikirlərini öyrənməyə çalışdıq. Həqiqətənmi yeni sponsor tərəfindən onun işinə müdaxilə var? Baş məşqçinin cavabı belə oldu: "Yazılanlardan xəbərim var, oxumuşam. Mənə yaxşı təsir etməsə də, həqiqəti bildiyim üçün əmiliklə deyirəm ki, elə bir şey yoxdur. Rəhbərlik, şəxsən İlqar müəllim ("Kəpəz"in İdarə Heyətini sədri İlqar Nadiri) məni dəstəkləyir. Yəni hər şey qaydasındadır, nəticələrimiz də bunun sübutudur. Dünənə kimi bəlkə də kiminsə beynində hansısa şübhələr var idi, amma şükür, bu gün hər şey öz axarındadır, yazılanların heç biri həqiqəti əks etdirmir".