Rusiyanın “Ufa” klubu təlim-məşq toplanışı üçün Kiprə yollanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Ufa” Kiprin Ayya Napa şəhərində yanvarın 12-dən 26-na qədər davam edəcək təlim-məşq toplanışında 2 yoxlama oyunu keçirəcək.

Rusiya Premyer Liqası təmsilçisi yanvarın 18-də Macarıstanın “Uypeşt”, 25-də isə Polşanın “Şlensk” klubu ilə qarşılaşacaq.

“Ufa”da forma geyinən azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Digər azərbaycanlı oyunçu Turqay Möhbalıyev isə əvəzedici komanda ilə hazırlıq keçəcək.