Azər Əliyevin komandası darmadağına üzüldü
- 27 Okt 2019 12:38
- 965
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tambov”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 14 turdan sonra 16 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.