Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Orenburq”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 16 turdan sonra 18 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.