Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb və kubokla vidalaşıb – 0:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.