Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) klub sisteminə keçmək istəyir.

Rekord.az xəbər verir ki, bu barədə report.az-a müsahibəsində ağırlıqqaldırma üzrə milli komandanın baş məşqçisi Emil Əliyev məlumat verib.

45 yaşlı mütəxəssis bildirib ki, hər bölgədə bir klubun yaradılması planlaşdırılır: "Klublar açılandan sonra məşqçilər dəvət etmək niyyətindəyik. Fikrimcə, bu, ağırlıqqaldırmanın inkişafına da təkan verəcək".