
Azərbaycan ağırlıqqaldıranları Özbəkistanda yarışıblar
- 07 Apr 2025 17:30
- 40
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları Özbəkistanın Çirçiq şəhərində keçirilən “Uzbekistan Open”də iştirak ediblər.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Zeynəb Həsənova (55 kq) birdənqaldırma hərəkətində 48 kq, təkanla qaldırmada isə 63 kq ağırlığın öhdəsindən gəlib. O, toplamda 111 kq nəticə ilə turniri 4-cü pillədə başa vurub.
Aydan Rzayeva (55 kq) isə birdən qaldırma hərəkətində 53 kq, təkanla qaldırmada isə 66 kq ağırlığı başı üzərinə qaldırıb. Atlet toplamda 119 kq nəticə ilə 6-cı olub.