Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıda keçirilən dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.

Rekord.az xəbər verir ki, Rəhimov-Seyidli dueti təsnifat mərhələsində templə hərəkətlərdə 29.090 xalla 1-ci olub.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət cütlük isə 26.340 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib. Final martın 12-də gerçəkləşəcək.

Xatırladaq ki, Ağasif Rəhimov və Raziyə Seyidli ötən gün balansla hərəkətlərdə də eyni uğuru təkrarlayıblar.

Dünya çempionatı martın 13-dək davam edəcək.