Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.

Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.

Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.