Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində Dünya Atletikasının bürünc səviyyəli yarışı olan XXXIII Qusman Kosanov Memorialında uğurlu çıxış edib.

Rekord.az xəbər verir ki, milli üzvü üçtəkanla tullanmada 16,12 metr nəticə göstərib.

Bu nəticə ilə Məmmədov bürünc medal qazanıb.