Azərbaycan atletlərindən Avropa birinciliyində daha 2 medal
- 29 Okt 2024 00:24
- 193
Azərbaycan atletləri Polşada keçirilən Avropa birinciliyində gümüş və bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək gümüş medala sahib çıxıb.
Fuad Həsənov (67 kq) isə təkanla qaldırmada 156 kq-ın öhtəsindən gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medalı aktivinə yazdırıb.