Azərbaycan avarçəkəni Avropa çempionu oldu
- 22 İyn 2024 13:30
- 286
Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və "beach sprint" üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.
Rekord.az xəbər verir ki, yığma komandanın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.
Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb.
Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.