Azərbaycan avarçəkəni: Rəqiblərimiz çox güclü idi
- 01 May 2024 18:00
- 213
“Rəqiblərimiz çox güclü idi”.
Rekord.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Prezident kuboku-2024” beynəlxalq reqatasında 200 metr məsafədə kayak yarışında bürünc medal əldə edən Amil Ramazanov deyib.
2006-2007 təvəllüdlü idmançıların mübarizəsində fərqlənən atlet yarışın çox gərgin keçdiyini söyləyib: "Bu turnirin qarşıdakı illərdə də təşkil olunmasını istəyirik. Yarış çox gərgin idi. Birinci yerə çıxmağıma rəqiblərimin daha da güclü olması mane oldu”. (Report)
Qeyd edək ki, reqata 2-3 mayda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.