Azərbaycan Avropa Kubokunda 3-cü oldu
- 27 Mar 2022 20:34
- 554
Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.
Rekord.az xəbər verir ki, Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara yiyələniblər. İmamverdiyev finalda ukraynalı Stanislav Korçemlyuku, Nəsibov isə digər təmsilçimiz Hüseyn Məmmədovu məğlub edib. Ruslan Nəsirli (100 kq) isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Digər cüdoçulardan Qasım Vəlizadə (66 kq), Vüqar Talıbov (90 kq), Könül Əliyeva (48 kq) və Nərmin Əmirli (78 kq) 5-ci, Sabir İsayev (100 kq) 7-ci yeri tutub.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) sonra üçüncü yeri tutub.
Avropa Kubokunda 27 ölkədən ümumilikdə 300 (188 oğlan, 112 qız) cüdoçu mübarizə aparıb.