Azərbaycan Avropa kubokunda 3 cüdoçu ilə təmsil olunacaq
- 15 İyl 2022 20:30
- 483
Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək.
Rekord.az xəbər verir ki, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.
Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.
-52 kq. Rita Əliyeva
-57 kq. Lətifə Abbasova
-78 kq. Nərmin Əmirli
Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.