Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında iştirak etməyəcək. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının rəsmi saytında yerləşdirilən iştirakçılar siyahısından yığmamızın adı çıxarılıb. 

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yaxın günlərdə bu məsələ ilə bağlı rəsmi açıqlama veriləcək. 

Qeyd edək ki, Qızıl Avropa Liqası may-iyun aylarında keçiriləcək. Millimiz C qrupunda Ukrayna, Macarıstan və Rumıniya kollektivləri ilə birgə yer almışdı.