Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
- 23 Sen 2024 16:16
- 185
Azərbaycan badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 5-i qızıl, 5-i gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 16 medal qazanıblar.
Rekord.az xəbər veirir ki, 11 və 13 yaşadək uşaqlar arasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, ev sahibi Gürcüstan, Qazaxıstan, Maldiv və Ermənistanı təmsil edən badmintonçular iştirak edib.
11 yaşadək oğlanların şəxsi yarışında İsmayıl Qarayev ikinci, Həsən Məmmədov üçüncü olub. Qızların şəxsi yarışında Zərifə Rüstəmova üçüncü pillədə qərarlaşıb.
Oğlanların qoşa yarışında İsmayıl Qarayev – Həsən Məmmədov cütlüyü 1-ci, Məhəmmədəli Ələsgərli - Zülfüqar Kərimli tandemi isə 2-ci olub.
Qarışıq qoşa yarışda isə 1-ci yeri İsmayıl Qarayev – Lalə İsmayılova, 2-ci yeri Həsən Məmmədov – Zərifə Rüstəmova, 3-cü yeri isə Zülfüqar Kərimli - Zabitə Sadıqovadan ibarət duet tutub.
13 yaşadək oğlanların şəxsi yarışında ilk üç yerdə müvafiq olaraq Malik Cəfərov, Yusif Kamalov və Ömər Teymurlu qərarlaşıb.
Oğlanların qoşa yarışında Ömər Teymurlu – Omar Mehdi tandemi 1-ci, Yusif Kamalov – Malik Cəfərovdan ibarət cütlük isə 2-ci olub.
Qarışıq qoşa yarışda 1-ci yeri Ömər Teymurlu – Banu İbrahimli, 3-cü yeri isə Omar Mehdi – Ayla Abdullayeva tutub.
Qızların şəxsi yarışında Banu İbrahimli üçüncü olub.
Qeyd edək ki, Azərbaycanı turnirdə 17 badmintonçu təmsil edib.