Azərbaycan badmintonçusu Bakıdakı turnirdə 1/8 finala yüksəldi
- 09 Fev 2024 17:15
- 253
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/8 finala yüksəlib.
Rekord.az xəbər verir ki, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffa 2:1 (21:15, 21:23, 22:20) hesabı ilə qalib gəlib.
Badmintonçu 1/8 finalda hindistanlı Qovind Krişna ilə qarşılaşacaq.
Digər badmintonçumuz Diki Pangestu isə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi Pablo Abiana 1/16 finalda 0:2 (23:25,15:21) hesabı ilə uduzub.