Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Rekord.az xəbər verir ki, Edi kişi badmintonçuların şəxsi yarışında 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşıb.

Oyun bamdintonçumuzun 2:0 (21-15,21-16) hesablı qələbəsi ilə başa çatıb.

Edi 1/16 finalda Hovard Şu (ABŞ) - Li Çeuk Yiu (Honqkonq) cütünün qalibi ilə qarşılaşacaq.