Azərbaycan badmintonçusu Polşada 1/8 finala vəsiqəni təmin etdi
- 27 İyn 2023 15:21
- 399
Azərbaycan badmintonçusu Keyşa Fatimə Zəhra Polşada keçirilən 3-cü Avropa Oyunlarında qadınların şəxsi yarışında D qrupunun ikinci turu çərçivəsində Moldova təmsilçisi Vlada Ginga ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, hər iki setdə rəqibini üstələyən (21-10, 21-17) Fatimə Zəhra ardıcıl ikinci qələbəsini qazanaraq sonra son turun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib.
Badmintonçumuz qrup mərhələsində son görüşünü sabah Almaniya idmançısı Li Yvonneyə qarşı keçirəcək.
Badminton Avropa Oyunlarında Avropa çempionatı statusu daşıyır. Dünya çempionatından sonra Paris olimpiadasına ən yüksək reytinq xalları verir.