Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
- 29 Apr 2023 23:26
- 362
Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu - 28-ci turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub.
Rekord.az xəbər verir ki, günün ilk oyununda "Sabah" və "Olimpik Şəki" komandaları üz-üzə gəliblər.
Bu oyunda "Sabah" basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-offda "AAAF Xırdalan" ilə qarşılaşacaqlar. Ən məhsuldar basketbolçular "Sabah"dan Kalin Kreyn (17 xal, 6 ribaund), "Olimpik Şəki"dən isə Endryu Uitset (29 xal, 8 ribaund) olublar.
Günün ikinci oyunu NTD və "Neftçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 101:89 hesablı qələbə qazanan NTD pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq "Gəncə" komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib. Ən məhsuldar basketbolçular NTD-dən Zek Hadson (20 xal, 10 ribaund), "Neftçi"dən isə Mohsen Moradxani (24 xal, 13 ribaund) olublar.